Ru
15:25 / 19 Sentyabr 2026

26 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir: İkisinin fəaliyyəti dayandırılır

26 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir:  İkisinin fəaliyyəti dayandırılır
Eye

"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar Bakıda bir sıra müntəzəm və ekspres avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.


Bu barədə "Bakupost"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 19-u saat 21:00-dan sentyabrın 21-i saat 00:00-dək 13 marşrut üzrə avtobusların hərəkəti alternativ küçələrlə təşkil olunacaq.

Belə ki, 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra isə öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcək.

125 nömrəli marşrut Neftçilər prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə hərəkət edəcək. M9 nömrəli ekspres marşrutun metronun "Həzi Aslanov" stansiyası istiqamətində hərəkəti isə Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə təmin ediləcək.

Sentyabrın 21-dən 26-dək isə ümumilikdə 26 marşrutun hərəkət sxemində dəyişiklik olacaq.

Bu müddətdə 1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək. 20, 88A və 120E nömrəli marşrutların mərkəz istiqamətində hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri ilə təşkil olunacaq.

M9 nömrəli marşrut metronun "Elmlər Akademiyası" stansiyası istiqamətində Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri ilə, əks istiqamətdə isə Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

5 nömrəli marşrut iki istiqamət üzrə - metronun "Nəriman Nərimanov" stansiyası - Süleyman Rəhimov küçəsi və Salyan şosesi - Bibiheybət məscidi - Bakı Funikulyoru (Bəhram Gur heykəli) istiqamətlərində xidmət göstərəcək.

6 nömrəli marşrut da iki istiqamətdə - metronun "Azadlıq prospekti" stansiyası-Axundov bağı və 20-ci Sahə-Bəhram Gur heykəli üzrə fəaliyyət göstərəcək.

61 nömrəli marşrutun Mərkəzi Bank istiqamətində hərəkəti Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri, 65 nömrəli marşrutun metronun "İçərişəhər" stansiyası istiqamətində hərəkəti isə Murtuza Muxtarov, Əhməd Cavad küçələri və Azərbaycan prospekti ilə təşkil olunacaq.

88 nömrəli marşrut metronun "28 May" stansiyası istiqamətində Azadlıq prospekti və Füzuli küçəsi ilə hərəkət edəcək.

10, 18, 31, 37, 53, 77 və 205 nömrəli marşrutların metronun "İçərişəhər" stansiyası istiqamətində hərəkəti Şeyx Şamil, Lermontov və Bünyad Sərdarov küçələri ilə təmin ediləcək.

125 nömrəli marşrutun metronun "28 May" stansiyası istiqamətində hərəkəti Lökbatan dairəsi-İpək yolu (Dairəvi yol)-Mikayıl Müşfiq küçəsi-Badamdar dairəsi-Mikayıl Müşfiq küçəsi-Abdulla Şaiq küçəsi-Mirzəağa Əliyev küçəsi-Şəmsi Bədəlbəyli küçəsi-Azadlıq prospekti-Dilarə Əliyeva küçəsi-Puşkin küçəsi üzrə təşkil ediləcək.

149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM), 195E nömrəli marşrut isə Ələt qəsəbəsindən "Binə" ticarət mərkəzinə ("Lökbatan" NMM) qədər fəaliyyət göstərəcək.

Bundan başqa, "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar 72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti dayandırılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar