Böyük gözləntilərlə efirə çıxan “Aşk və Gözyaşı” serialı tamaşaçılardan istənilən reaksiya ala bilməyib və 7-ci bölümdə final qərarı verilib.
Bakupost.az xəbər verir ki, hər bölümü üçün 27 milyon lirədən çox xərc çəkilən bu layihə son illərin ən yüksək büdcəli seriallarından biri hesab olunur. Baş rollarda yer alan Barış Arduç və Hande Erçelin aldığı məbləğ isə tamaşaçıların diqqətini cəlb edib.
Məlumata görə, 7-ci bölümdə ekranlara vida edəcək serial üçün aktyor Barış Arduça ödəniş peşin şəkildə edilib. 38 yaşlı aktyor hər bölümdən 3,5 milyon lirə qazanırdı və ümumilikdə 13 bölümlük – 45 milyon 500 min lirə məbləğdə ödəniş alıb. Bu məbləğdən kəsinti olunub-olunmayacağı isə hələlik bəlli deyil.
Digər baş rol ifaçısı Hande Erçelin isə hər bölümdən 1 milyon 750 min lirə qazandığı iddia olunur.
Serialın erkən final qərarı və aktyorlara ödənilən məbləğ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.