Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımından müzakirə mövzusudur.
Bəs, hazırda üç və daha çox uşağı olan ailələrə ayrıca aylıq müavinət verilməsi ilə bağlı konkret təklif və ya müzakirə varmı və belə bir ödənişin tətbiqi ailələrin sosial vəziyyətinə və ölkədə demoqrafik göstəricilərə necə təsir edə bilər?
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının 5-dən 3-ə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim edilib:
"Bunun əsas səbəbi son illərdə 5 və daha çox uşağı olan ailələrin sayının çox olmamasıdır. Təklifimiz ondan ibarətdir ki, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilsin. Təklif qəbul olunacağı halda, 3 və daha çox uşağı olan ailələr dövlət tərəfindən aylıq müavinət almaq hüququ əldə edə biləcəklər. Yəni hər uşağa görə müavinət ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, həmin ailələrdə anaların, bəzi hallarda isə ataların daha erkən pensiyaya çıxması üçün imkan yaradıla bilər".
Deputat bildirib ki, təklifə əsasən, üç uşaqlı ailələrdə pensiya yaşının 3 il, dörd uşaqlı ailələrdə 4 il, beş və daha çox uşağı olan ailələrdə isə 5 il azaldılması nəzərdə tutulur:
"Düşünürük ki, bu dəyişiklik həm təbii artımın dəstəklənməsi, həm də 3 və daha çox uşağı olan ailələrin sosial baxımdan daha yaxşı təmin edilməsi baxımından məqsədəuyğun ola bilər. Beləliklə, çoxuşaqlı ailə anlayışına yanaşmanın dəyişdirilməsi daha çox ailənin dövlət büdcəsindən aylıq müavinət almasına və valideynlərin daha erkən pensiyaya çıxmasına imkan yarada bilər".
Hadi hayırlısı
menimde 3usaqim var3de qız yemək istiyir yemək istiyir gəzmək istiyir ama mən hecrbrini çatıdra bilirəm xaiş edirəm daha qüvvəye minsin
Inşallah ki olar kasıblığın daşın atariq
İnsallah Cənab prezidentimizi tezliklə biz çoxuşaqlı ailələride sevindirə. Amin
Tezliklə olsa yaxşı olar 6
Mənim övladıma dövlət 1 manat belə vermədən fəhlə işləyib böyutduk. O halda onun hərbi qulluğa getməyə borcu yox idi amma biz onun əsgər yola saldıq. Hərbi qulluğunu bitirib qayıtdı 28 yaşı var ailə qurub amma deyir bu dövlətdə övlad dünyaya gətirməyə ehtiyac yoxdur və buna icazə verməyəcəm. Mənim övladlarımın bu vətənə heçbir borcları yoxdur. Bu vətəndə Nə evimiz var, nə normal maaşımız, nə pensiyamız, nədə yardımımız.
Desəydilər ki, 3 uşaqlı ailələr cərimə olunsun, gecə yatıb səhər qərarı təsdiq edərdilər, ama təklif çətin ki yaxın 10 ildə təsdiqi tapa.
Boş söhbətdi, qiymət artımı qərarı bir gecədə verilir, cərimə tətbiqi bir neçə saata həll olunur, ama bu təklif 5 ildən çoxdu var, ama xərçəng xəstəliyi kimi çarəsiz qalıb.
Cenab Prezdentimizden artiq derecede xahis edrem ki usaqlara ayliq usaq pulu ayrilsin 3 usagim var dolanmaqda gucluk cekirik balaca oglum 3 ayliqdi vallah catdrmaq olmur hem kamunalina hem toyuna hem bogazina catdrmaq inanki cox cetndr zehmet olmasa muzakira lazim deyil xahis edrem Serrencam vern indiden cox sagolun
Necə ildi bu müzakirə gedir 5 uşaqlıqdan 3 uşağlıya təklif yox qəbul edilsə xahiş edirəm uja qərar qəbul edilsin 3 uşağım var çadıra bilmirəm.inşallah olar????????????
3 uşağım var fəhlə işləyirəm oğlumun biri gələn il əsgər gedəcək dolana bilmirik bizə də köməklik göstərilməsini xahiş edirəm
Salam.mən uşaq olandan eşidirəm,artiq nənə olacam,nə vaxt qüvəyyə minir,əsas onu yazin,hər il ancaq eşidirik,nəticə lazim!!!
Qüvəyyə tez minsə yaxşi olar uşağiminntəsilinə verdinşm.
Deputatlar öz maaşlarını bir gündə qərar verib qaldırırlar bəs uşaq pulu məsələsi niyə belə yubanır niyə baxmırlar axı bu kasıb insanları da Allah yaradıb onlar varlanmaq yox həyatda qalmaq istəyirlər.
Telesmeyin hele tezdi