Ru
20:15 / 01 İyun 2026

30 milyard dolların varisi - Yusif Ələkbərov kimdir?

30 milyard dolların varisi -  Yusif Ələkbərov kimdir?
Eye

Xəbər verdiyimiz kimi, Rusiyanın ən zəngin varislərinin növbəti reytinqi açıqlanıb və siyahının zirvəsində neft maqnatı, “Lukoyl”un həmtəsisçisi Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov qərarlaşıb.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, hesablamalara görə, Vahid Ələkbərovun sərvəti 29,5 milyard dollar təşkil edir. Milyarderin yeganə övladı olan Yusif Ələkbərov potensial olaraq bu sərvətin tam varisi hesab olunur.

Hazırda 35 yaşı olan Yusif Ələkbərov özü də yüz milyonlarla dollarlıq aktivlərə sahibdir. Onun sərvətinin, təxminən 560 milyon dollar olduğu bildirilir. Yusifə atasının yaratdığı LUKOIL şirkətinin 0,2 faiz səhmi məxsusdur. 2026-cı ilin may ayına olan məlumata görə, bu səhmlərin bazar dəyəri 100 milyon dollara yaxın qiymətləndirilir.

Bununla yanaşı, Yusif Ələkbərov öz biznes imperiyasını da formalaşdırıb. Ona məxsus olan “Ekto” holdinqi müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri birləşdirir. Holdinqə əyləncə, istirahət və uşaq xidmətləri göstərən müəssisələr də daxildir.

Məlumata görə, 2025-ci ilin sonunda “Ekto” holdinqinə və digər aktivlərə yatırımların ümumi dəyəri təxminən 460 milyon dollar təşkil edib.

Forbes daha əvvəl Yusif Ələkbərovun şəxsi həyatı ilə bağlı da məlumat yayıb. Bildirilir ki, o, 2024-cü ildə ikinci dəfə ailə həyatı qurub. Həyat yoldaşının adı Olqadır.

Qeyd edək ki, Rusiyanın ən zəngin varislərinin reytinqi ölkənin aparıcı milyarderlərinin sərvətləri və onların potensial mirasçıları əsasında hazırlanır. Bu ilki siyahıda Yusif Ələkbərov ən böyük miras payına sahib şəxs kimi diqqət çəkib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar