Ru
21:33 / 28 Sentyabr 2026

37 yaşlı yeni başçının DOSYESİ

37 yaşlı yeni başçının  DOSYESİ
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Bakupost" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:

Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub.

2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) Beynəlxalq Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.

2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.

2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layiq görülüb.

2025-ci ildə ABŞ-nin Harvard Universitetində dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursu bitirib.

Məmmədiyə Məmmədov 2013–2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi və sektor müdiri vəzifələrində fəaliyyət göstərib.

Əmək fəaliyyəti dövründə bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak edib və onların təşkilində yer alıb. 2024-cü ildə Bakıda keçirilən COP29-da fəal iştirakına görə Prezident İlham Əliyevin "Təşəkkürnamə"si ilə təltif olunub.

Məmmədiyə Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar