Ru
19:01 / 23 Oktyabr 2026

4 aeroport bağlandı, sərnişinlər sığınacaqlara təxliyə olundu - Moskvada həyəcan

4 aeroport bağlandı, sərnişinlər sığınacaqlara təxliyə olundu -  Moskvada həyəcan
Eye

Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum təhlükəsi səbəbindən “Şeremetyevo”, “Vnukovo”, “Domodedovo” və “Jukovskiy” hava limanlarında təyyarələrin eniş və uçuşları müvəqqəti olaraq dayandırılıb.


"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə Moskva aeroportlarında məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.

Hava həyəcanı siqnalının verildiyi “Şeremetyevo” Hava Limanında sərnişinlər dərhal ən yaxın təhlükəsiz zonalara və sığınacaqlara yönləndirilib. Hava limanı rəhbərliyi terminalların steril zonalarına girişlərin də müvəqqəti məhdudlaşdırıldığını bildirərək, vətəndaşlardan pəncərələrdən uzaq durmağı və hava limanı heyətinin təlimatlarına əməl etməyi xahiş edib.

Moskva mer Sergey Sobyanin isə Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin paytaxta tərəf hərəkət edən dronları zərərsizləşdirməyə davam etdiyini bildirib.

Merin sözlərinə görə, HHM qüvvələri tərəfindən Moskva istiqamətində irəliləyən 17 ədəd PUA vurularaq təcrid edilib. PUA qalıqlarının düşdüyü ərazilərə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar