Ru
12:03 / 07 Sentyabr 2026

40 ilin həkiminin müqaviləsinə xitam verildi: Məşhur poliqlot şikayətçidir - VİDEO

40 ilin həkiminin müqaviləsinə xitam verildi: Məşhur poliqlot şikayətçidir - VİDEO
Eye

Məşhur poliqlot Aslan Məmmədzadə Lənkəran Mərkəzi Xəstəxanasının İnsan resursları şöbəsinin müdiri Elbəy Fətəliyev barədə TƏBİB-ə şikayət ünvanlayıb.

"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, o, bu barədə özünün İnstaqram səhifəsində paylaşım edib.

Poliqlotun sözlərinə görə, onun atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 il fəaliyyət göstərib. 2 il əvvəl 65 yaşı tamam olsa da, onunla əlaqə saxlayaraq kadr çatışmazlığına görə qalıb fəaliyyətini davam etdirməyini istəyiblər.

2 il ərzində rəhbərlik dəyişir və Elbəy Fətəliyev Etibar Məmmədovla əlaqə saxlayaraq bildirir ki, qaydalar dəyişib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Etibar Məmmədovla müqaviləyə bitməyinə 6 ay qalmış xitam verir.

Məsələ ilə bağlı TƏBİB videoya şərh yazaraq bildirib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq və nəticə barədə məlumat veriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar