“Azərbaycanda 400 qəzalı məktəb var”.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
“2003-2025-ci illər ərzində 3600-dən çox məktəb binası tikilib. 2025-ci ildə dövlət əsaslı vəsait hesabına yeni məktəblərin tikintisi və əsaslı təmir işləri həyata keçirilib. 47 təhsil müəssisəsində tikinti-quraşdırılma işləri aparılıb, 20 təhsil müəssisəsinin tikintisi başa çatıb.
Son 5 ildə qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb. Yəni biz 1000 məktəbdən 400-ə enə bilmişik. Bu, hər il orta hesabla 100 məktəb deməkdir. 400-dən az məktəbimiz var ki, ya əsaslı təmirə, ya da yenidən tikintisinə ehtiyac var”, - nazir qeyd edib.
20 il zəmanətə inşa edilən binalar demək olar ki, kommunal əsaslı təmirsiz belə 30-50 il davamlı istifadə-istismar edilməkdədirlər!? 2013cü ilə tam güclü texniki-iqtisadi qüdrətli dövlətimizə nə oldu ki, bu qədər vacib sahələrdə çatışmazlıqlar üzə çıxır? Milli Birlik harayımızı bütün siyasi dünya eşidib!? Bəs, şəkildəki məktəb binasını Rayon təhsil şöbəsi, Kənd Vəliləri, İcra Hakimiyyəti, seçkili Bələdiyyələr görmürdülər ki, yüksək Beynəlxalq öhdəlikli dövlət maliyyə fond-ehtiyatları uzaqdan *görə bilmirdisə, heç olmazsa öz maaşları hesabına təmir-bərpa edərdilər?