“Tutors International” təşkilatı Londonun şimalında yaşayan zəngin ailənin 1 yaşlı oğullarına fantastik məbləğə dayə axtardığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, bütün gününü uşaqla keçirəcək dayəyə illik 180.000 funt sterlinq (təxminən 408.000 manat) təklif olunur.
Məqsəd yalnız uşağın gündəlik qayğısı deyil, həm də onun gələcəkdə “Eton College” kimi elit məktəblərdə təhsil alması üçün erkən yaşda xarakter və təhsil əsaslarını formalaşdırmaqdır.
Namizədlərdən elit məktəblərdə oxumuş olması, at və xizək sürməyi bacarması, incəsənət və musiqi sahələrinə maraq göstərməsi tələb olunur. Məktəb ziyarətləri, muzey, qalereya və teatr gəzintiləri də vəzifələrə daxildir. Eyni zamanda, bez dəyişdirmək və uşağa gündəlik qayğı işləri də işin tərkib hissəsidir.
Bu məbləğ körpə baxıcılığı və erkən uşaqların təhsilində nadir görünən bir maaşdır.
Elanı verən şəxs xaricdən gəlmiş və Londonda çoxlu mülk almış son dərəcə varlı bir ailədir. Onların məqsədi Böyük Britaniyanın elit səviyyəsinə yüksəlməkdir.
Cavid, BakuPost