Ru
17:38 / 11 Noyabr 2025

400 yaşlı əsər 20 milyona satılır – Ovuc boydadır

400 yaşlı əsər 20 milyona satılır – Ovuc boydadır
Eye

Dünyaca məşhur hollandiyalı rəssam Rembrandtın nadir əsərlərindən biri – “Gənc aslan istirahətdə” (“Young Lion Resting”) adlı eskizi hərraca çıxarılır. Əsərin 20 milyon dollara alıcı tapacağı gözlənilir.

Bakupost.az xəbər verir ki, 1638–1642-ci illər arasında yaradılan bu kiçik ölçülü (11,5 x 15 sm) rəsm, Rembrandtın xüsusi mülkiyyətdə qalan yeganə heyvan təsviri hesab olunur. Əsər hazırda kolleksiyaçı Tomas Kaplana məxsusdur. Kaplan bu nadir işi satışa çıxararaq özünün təsis etdiyi “Panthera” fonduna – vəhşi pişiklərin qorunması üzrə beynəlxalq təşkilata – vəsait toplamağı planlaşdırır.

Mütəxəssislər bildirirlər ki, bu eskiz Rembrandtın işıq və hərəkətlə eksperimentlər apardığı, yaradıcılığının ən enerjili dövrünü əks etdirir.

Satışdan əldə olunacaq gəlirin aslan, leopard və pələng kimi nəsli tükənməkdə olan növlərin qorunmasına yönəldilməsi nəzərdə tutulur. Kaplanın sözlərinə görə, bu satış “bir aslanın simvolik olaraq çox sayda digər şirləri xilas etməsinə imkan verəcək”.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar