Ru
18:19 / 07 Sentyabr 2026

4,3 milyard hara xərclənib? - "Ahbap"ın anbarında elə şeylər tapıldı ki...

4,3 milyard hara xərclənib? -  "Ahbap"ın anbarında elə şeylər tapıldı ki...
Eye

Türkiyədə “Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində Kocaelinin Derince rayonundakı anbarda şox sayda istifadə olunmamış əşyalar tapılıb.

"Bakupost" xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində anbarda 895 ədəd istifadə olunmamış humanitar yardım çadırı, 600-ə yaxın portativ çarpayı və çoxlu sayda yataq tulumu aşkarlanıb.

Eyni zamanda, elektrikli velosipedlər, portativ radio-rabitə cihazları, əlil arabaları, qızdırıcılar, soyuducular, sobalar, su çənləri və müxtəlif ev-ofis əşyalarının da olduğu müəyyən edilib. Qəyyum heyəti istifadəyə yararlı materialların daha çox dəyər itirmədən ehtiyacı olan insanlara, xüsusilə Hataydakı zəlzələ qurbanlarına çatdırılmasını təklif edib.

Baş Prokurorluğun məlumatına görə, dərnəkdə 2023-cü il ərzində zəlzələ qurbanları üçün təxminən 4,3 milyard lirə ianə toplanıb. Həmin vəsaitin 2 milyard lirədən çox hissəsinin mənzil layihələrinə, 1 milyard lirədən çoxunun isə mal və xidmət alışlarına xərcləndiyi bildirilir.

Son əməliyyat çərçivəsində 53 şübhəli barəsində tədbir görülüb, 47 nəfər saxlanılıb. İstintaq davam edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar