Ru
11:48 / 13 İyun 2026

47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən daha 47 müəssisədə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirib.

Bu barədə Bakupost.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında təşkil olunan tədbirlərdə Xidmətin, Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.

İşəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 444 nəfəri əhatə edən tədbirlər zamanı iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı qanunvericiliyin əsas tələbləri barədə məlumat verilib.

Əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi və iş yerlərinin attestasiyası qaydaları, mina təhlükəsizliyi üzrə əsas prinsiplər və risklərin qarşısının alınması yolları iştirakçıların diqqətinə çatdırılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara müvafiq mövzularda yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar