Ru
15:21 / 08 Oktyabr 2026

“50 qəpik”də maşın yuyanların nəzərinə

“50 qəpik”də maşın  yuyanların nəzərinə
Eye

Sürücülərin 80 faizi “50 qəpik” özünəxidmət avtoyumadan istifadə edir.

"Bakupost" Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşaraq başlayır, sonra su ilə yaxalayırlar. Bəziləri üstündən mum da vurur ki, maşının səthi toz, su saxlamasın, rəngi parıldasın.

Amma belə məlum olub ki, bunlar düzgün ardıcıllıq deyilmiş. Əgər avtomobil sadəcə yolda toplanan tozdan çirklənibsə, problem deyil. Lakin çox palçıqlıdırsa, birbaşa köpük vurmaq olmaz, əvvəlcə islatmaq lazımdır.

Yumağa isə yuxarıdan başlayıb aşağıya doğru irəliləmək, su və köpüyün səthə bərabər paylanmasını təmin etməkdir. Daha bir vacib məqam: əgər avtomobil günəş altında saxlanılıbsa, "kuzov" köpük vurmaq üçün həddindən artıq isti ola bilər, xüsusilə tünd rəngli avtomobillər çox tez qızır.

İsti səthdə təmizləyici vasitə çirki effektiv şəkildə təmizləməyə macal tapmadan demək olar ki, dərhal quruyur və qalan qalıqlar plastik detallara zərər verə bilər. Buna görə də, isti havada yumağa sərin su ilə başlayaraq kuzovun soyumasını təmin etmək daha yaxşıdır.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar