Tap.az alğı-satqı saytına 50 yaşında olduğunu deyən, özünü Mirpaşa kimi təqdim edən kişi maraqlı bir elan yerləşdirib.
Bakupost.az xəbər verir ki, o, elanda evli olduğunu xüsusi vurğulayaraq, Bakıda yaşadığını və yalnız xanımla sevgi münasibəti qurmaq istədiyini bildirir.
Özüylə bağlı məlumat verən elan sahibi bir tərəfinin yəhudi, bir tərəfinin isə Qərbi azərbaycanlı olduğunu qeyd edir.
Maraqlısı odur ki, elan sahibi hamının fikrinə hörmətlə yanaşdığını bildirir, alıcılardan da hörmət tələb edir və kimlərinsə ona zarafat məqsədilə yazmamasını istəyir. Hətta zarafat məqsədilə yazanların qeyd-şərtsiz bloka göndəriləcəyini bildirir. Elan 1000 AZN qiymət göstərilərək sayta yerləşdirilib. Elanları yoxlamadan keçirərək dərc edən Tap.az saytının isə tanışlıq məqsədilə yazılmış belə bir yazıya icazə verməsi də maraq doğurub.
"Fikrim ciddidir, sevgi istəyirəm, sevib-sevilmək istəyirəm. Xanım adı ilə yazanlar bloka gedəcək. Xanımlar üçün yaş məhdudiyyəti yoxdur. Özümə baxımlı kişiyəm. Xasiyyəti uyğun olan xanımlar buyursun. Qısqanc, eyni zamanda romantik biriyəm",- Mirpaşa yazıb.
Asena,
BakuPost
