Ru
18:53 / 27 İyun 2026

"500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub",- Səfərbərlik Xidmətinin rəisi

"500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub",-  Səfərbərlik Xidmətinin rəisi
Eye

"Son 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 100-dən artıq fakt üzrə materiallar prosessual qərarlar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib".


Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə müsahibəsində deyib.

Xidmət rəisi bildirib ki, xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir:

"Statistik göstəricilərə nəzər salsaq, 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 100-dən artıq fakt üzrə materiallar prosessual qərarlar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib. Qeyd olunan statistika məni heç də sevindirmir. Xüsusi olaraq qeyd etmək istərdim ki, korrupsiyada bir tərəf iştirak etmir, vətəndaşlarımızın da bu prosesdə məsuliyyəti var".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar