Ru
09:18 / 19 Oktyabr 2026

51 metrdən qol vurdu... - VİDEO

Eye

İngiltərə Premyer Liqasında (EPL) son illərin ən uzun məsafədən qolu vurub.


"Bakupost" xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

Belə ki, “Brayton”un paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes 2017-ci ildən bəri ən uzun məsafədən qolun müəllifi olub. O, matçın yeddinci dəqiqəsində 51 metr məsafədən qol vurub.

Matç “Brayton”un “Kristal Pelas”a üzərində 5:0 hesabı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 2017-ci ilin noyabrında Ueyn Runi “Everton”un heyətində “Vest Hem”ə qarşı oyunda 58 metr məsafədən qol vurmuşdu.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar