Ru
17:50 / 13 İyul 2026

58 milyon insana xəbərdarlıq – ABŞ-də rekord istilər

58 milyon insana xəbərdarlıq – ABŞ-də rekord istilər
Eye

ABŞ-nin qərbini təsir edən güclü istilik dalğası ilə bağlı xəbərdarlıq edilib.

"Bakupost" “CBS News”a istinadən xəbər verir ki, anormal isti hava dalğası 58 milyon insana təsir edəcək.

ABŞ Milli Hava Xidməti (NWS) bildirib ki, bir çox bölgədə temperatur rekord həddə çatıb.

Qeyd olunub ki, gündüz saatlarında çox yüksək temperatur müşahidə olunur. Gecə saatlarında da istiliyin yüksək qalacağı gözlənilir.

Mütəxəssislər xəbərdarlıq edir ki, isti gecələr bədənin soyumasını çətinləşdirəcək. Bu isə istiliklə bağlı xəstəlik riskini artırır.

Proqnozlara görə, təhlükəli istilik dalğası həftəsonuna qədər qərbdə qalacaq. Daha sonra isə şərq bölgələrinə yayıla bilər.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar