Ru
13:39 / 10 Oktyabr 2025

584 tələbə təhsil haqqında azad edildi - RƏSMİ

584 tələbə təhsil haqqında azad edildi - RƏSMİ
Eye

Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib.

Bu barədə Bakupost.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd olunub ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar