Ru
16:48 / 06 Oktyabr 2026

Özəl xəstəxanalara pasiyent göndərişi dayandırılıb? - RƏSMİ AÇIQLAMA

Özəl xəstəxanalara pasiyent göndərişi dayandırılıb? -  RƏSMİ AÇIQLAMA
Eye

Son günlər İcbari Tibbi Sığorta (İTS) çərçivəsində mürəkkəb və yüksək riskli əməliyyatlara görə həkimlərə edilən ödənişlər, xidmətlər zərfinin tarifləri və tətbiq olunan mexanizmlər həkimlər və ictimaiyyət arasında geniş müzakirə olunur. Bəzi həkimlər özəl xəstəxanalarda icbari sığortanın olmamasından narazılıq bildirirlər. Müzakirələr zamanı özəl tibb müəssisələrinə İTS hesabına pasiyent göndərişlərinin artıq təxminən 6 aydır dayandırıldığı da iddia olunur.

“Bakupost” bu iddianın nə dərəcədə doğru olduğunu öyrənmək üçün Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə sorğu göndərib.

Agentliyin İctimaiyyətlə əlaqələr və Kommunikasiya departamentinin müdiri Tural Qurbanov “Bakupost”a bildirib ki, “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na əsasən, ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi göndəriş əsasında həyata keçirilir.

Onun sözlərinə görə, pasiyentlərə tibbi xidmətlərin göstərilməsi üçün dövlət tibb müəssisələrində lazımi şərait mövcuddur:

"Pasiyentə qeydiyyatda olduğu inzibati ərazi vahidində və ya həmin tibbi ərazi bölməsində, yaxud digər tibbi ərazi bölməsində fəaliyyət göstərən dövlət tibb müəssisəsində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı hallarda onlara Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən özəl tibb müəssisəsinə göndəriş verilir və bu sahədə hər hansı məhdudiyyət yoxdur".

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar