Ru
16:06 / 04 Dekabr 2025

6 milyon bəyənmə toplayan video qocanın həyatını dəyişdi – Milyonçu oldu

6 milyon bəyənmə toplayan video qocanın həyatını dəyişdi – Milyonçu oldu
Eye

ABŞ-nin Miçiqan ştatında yaşayan 88 yaşlı veteran Ed Bambas pensiyasını itirdikdən sonra dolanmaq üçün marketdə işləmək məcburiyyətində qalıb. Sosial mediada yayılan bir video isə onun hekayəsini gündəmə gətirib və həyatını dəyişib.

Bakupost.az xəbər verir ki, Bambas videoda “Meijer” supermarketində həftədə 40 saat kassir işlədiyini açıqladığı hekayəsində 13 il əvvəl pensiyasını itirdiyini və tibbi xərclərini ödəmək üçün evini satmaq məcburiyyətində qaldığını deyib. Onun 50 illik həyat yoldaşı isə təqaüd yaşına çatmazdan 7 il əvvəl vəfat edib.

Bambas videoda "Həyat yoldaşım öldükdən sonra ev və digər xərcləri qarşılayacaq gəlirim qalmamışdı. Mənə güc verən Tanrıya şükür edirəm", – dedyib.

Avstraliyadan olan blogger Samuel Veydenhofer Bambas üçün 400 dollar ianə köçürdükdən sonra videonu paylaşıb. Daha sonra internetdə yardım kampaniyası başladıb. Qısa müddətdə yaşli qoca üçün 1 milyon 275 min dollar toplanıb.

Məşhur müğənnilər Çarli Put və Rassell Dikerson də videoya reaksiya verərək yardım etdiklərini açıqlayıblar.

Veydenhofer toplanan məbləğin Bambas üçün təhlükəsiz bank hesabına və ya fonda yatırıldığını və yaxın günlərdə ona sürpriz ediləcəyini deyib.

Video “TikTok”da 5 milyon, “Instagram”da isə 613 min bəyənmə toplayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar