Ru
17:13 / 17 Avqust 2026

“60-70 dəfə şikayət etdim, yenə düzəlmədi” – Avtobusda biabırçı görüntülər - FOTO

“60-70 dəfə şikayət etdim, yenə düzəlmədi” –  Avtobusda biabırçı görüntülər - FOTO
Eye

114 B nömrəli marşrut üzrə fəaliyyət göstərən avtobuslarla bağlı vətəndaş narazılığı yaranıb.

“Bakupost”a müraciət edən vətəndaş avtobusların gec gəlməsindən, bəzilərində isə oturacaqların sınıq olmasından şikayətlənib.

Şikayətçi deyir ki, prroblemlərlə bağlı AYNA-ya dəfələrlə müraciət edib. O bildirir ki, müraciətlərin sayı artıq 60-70-ni keçib, amma buna baxmayaraq, bir nəticə yoxdur.

“Yollar pis vəziyyətdir, başa düşürəm, yeni avtobusları istifadəyə vermək alınmır, lakin sınıq oturcaqları təmir etmək, intervalları azaltmaq mümkündür. Bu isə edilmir”.

Vətəndaş qeyd edir ki, avtobusların hərəkəti gecə saat 00:00-a qədər nəzərdə tutulsa da, bəzi günlər saat 23:00-dan sonra avtobus tapmaq mümkün olmur.

Məsələ ilə bağlı AYNA-dan “Bakupost”a bildirildi ki, daşıyıcı tərəfindən avtobusların dəyişdirilməsi nəzərdə tutulub.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar