63 yaşlı qadının ana olması tibbin inkişafını göstərir və ana olmaq arzusunda olan bir çox qadın üçün ümid yaradır. Ancaq faktlarda yanlışlığa yol vermək olmaz. O, ilk dəfə ana olmur.
Bakupost.az xəbər verir ki, bunu yazıçı Günel Natiq bildirib.
"Bu qadını tanıyanların bildirdiyinə görə, onun iki oğlu olub. Onlardan birinin əlilliyi var, digəri isə illər öncə, toyundan sonra dünyasını dəyişib", - o qeyd edib.
Qeyd edək ki, Azərbaycanda 63 yaşlı qadının uzun illərdən sonra övlad sahibi olması böyük maraq doğurub və müzakirələrə yol açıb.