Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur.
"Bakupost" xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib.
Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsinə malik olmaq və həqiqi hərbi xidmət keçmək tələb edilir. Avtobus idarə etmək üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İşə qəbul edilən şəxslər avtobusu müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun idarə etməli, sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etməlidirlər. Həmçinin yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etmək, avtobusun texniki vəziyyətinə nəzarət etmək və fövqəladə hallarda müəyyən edilmiş qaydalara uyğun hərəkət etmək əsas vəzifələr sırasındadır.
İş yeri Bakı şəhəridir, iş rejimi isə növbəlidir. Əmək haqqı 1350 manat (gross) təşkil edir. Bundan əlavə, müəssisədəki iş stajına uyğun olaraq maaşa əlavələr, geyim forması və servis xidməti nəzərdə tutulub.
Əməkdaşlara Bilgəh Sağlamlıq Mərkəzində və əməkdaşlıq edilən sanatoriyalarda güzəştli istirahət imkanı, eləcə də psixoloji dəstək xidməti təklif olunur.
Vakansiyaya müraciət etmək istəyənlər hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki vasitəsilə müraciətlərini tamamlaya bilərlər.
Dünən gedib d kateqoriyası vurdurub,bu gün bakubus-da sürücü işləyir.Belə ədalətsizlik olar,20 ilini Avtobus sükanı arxasında keçirən biri kəsilir,ancaq dünən d kateqoriyası alan sürücü işləyir.Nəbilim vallah.Mən özüm gəldim təlimdə iştirak etdim 4 barmaq deyirlər ora qədər gəldim çatdım,sonra oturub ölçdüm-biçdim gördüm ki, bakubus sərf etməz mənə.8 saat sükan arxasında bu maaşla əmələ gəlmir.Mən Sprinter sürücüsüyəm illərdir Azərbaycanın elə bir bölgəsi yoxdur ki,orada Sprinter, Avtobus sürməyim ancaq əsəbim gələn odur ki,dünənki uşaqmuşaq mənə təlim keçir.
Deməli 3-4 nəfəri ora qoyublar əllərinə də veriblər raçiya deyirlər onu hə siz sürücülərdən imtahan götürün.onlar kimdir ki,20 il avtobus sürən sürücüdən imtahan götürə?Belə hələ çox sürücü axtarışında olacaq Bakubus.Deməli 20 ildir adam avtobus sürür şəhəriçi, şəhərlərarası buna deyir sən dönəndə o zıvırkeşi ayaqladın,bu zıvırkeşi ayaqladın sən kəsildin ayə a bala bu kişinin sənin yaşından çox stajı var sükan arxasında.Sən heç anadan olmamışdın bu kişi avtobus sürəndə
Əməlli pul verin o işin qarşılığında.
Baki
Mən köhnə sürücüyəm kadiqoryam yoxdur. Köməlik edə bilərsizi bakubus mmcın şoyuna oxyum pul hisə hisə tutarsızı...
Sürücü D
Neftçala
Men razi deyilem Yashli adam shekeri teziqi falan olar Sernishinleri etibar etmek olmaz axi.
Məqalənin başlığına görə helə başa düşmək olacaq ki, bu şəxslər heç bir iş görmədən 1350 manat məbləğində pul alacaqlar. Lakin bu pulu əldə etmək üçün bu şəxslər 1 ay ağır işdə çalışmalıdılar. Bakıda avtobus sürücüsü ışi çox ağır işdi. Yolda tıxaclar, stres, səhərlər və axşamlar sərnişinlərin avtobuslara həddən çox axını və s. Belə başlıq vermək düzgün deyil
Sosial pensya
Başlığa bax, mövzuya bax