Ru
10:30 / 25 Avqust 2026

72 yaşlı motosikletçi qəzada öldü

72 yaşlı motosikletçi qəzada öldü
Eye

Yevlaxda ağır yol qəzası baş verib.

“Bakupost” xəbər verir ki, hadisə avqustun 23-ü saat 11 radələrində qeydə alınıb.

2005-ci il təvəllüdlü Nazim İsayev “VAZ 2106” markalı avtomobillə Yevlax şəhəri Füzuli küçəsi ilə hərəkətdə olarkən 1954-cü il təvəllüdlü Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.

Nəticədə, M.Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax ŞMX-yə daxil olub. O, bir gün sonra vəfat edib.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanaraq istintaqı aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar