Ru
18:41 / 11 Sentyabr 2026

77 yaşında ilk dəfə Türkiyəyə getdi

77 yaşında ilk dəfə Türkiyəyə getdi
Eye

Rusiyalı məşhur müğənni Alla Puqaçova həyat yoldaşı yumorist Maksim Qalkinlə birlikdə İstanbula səfər edib.


“Bakupost” xəbər verir ki, Qalkin həyat yoldaşı ilə birlikdə çəkilmiş görüntüləri “Instagram” hesabında paylaşıb.

Görüntülərdə 77 yaşlı Puqaçova Türkiyəyə ilk dəfədir səfər etdiyini bildirib.

“Möhtəşəm mənzərələrdir. Heç vaxt Türkiyədə olmamışdım. İlk dəfədir buradayam”, - ulduz müğənni etiraf edib.

Xatırladaq ki, Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. Həmin il həyat yoldaşı Maksim Qalkin, həmçinin uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar