Ru
11:01 / 12 Noyabr 2025

72 klinikada nöqsanlar aşkarlandı – Səhiyyə Nazirliyi

72 klinikada nöqsanlar aşkarlandı – Səhiyyə Nazirliyi
Eye

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar- oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib.

Bakupost.az Report.az-a istinadən xəbər verir ki, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib.

Nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar