Ru
21:26 / 29 İyul 2026

800-dən çox ilan yaşayış məntəqələrinə hücum çəkdi

800-dən çox ilan yaşayış məntəqələrinə hücum çəkdi
Eye

Çinin Quansi-Çjuan Muxtar Vilayətində aramsız yağan leysan yağışları gözlənilməz fəsadlara səbəb olub. Bölgədə baş verən güclü sel nəticəsində iri ilan yetişdirmə təsərrüfatını su basıb və 800-dən çox ilan ətrafa yayılıb.


"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, hadisə bölgə sakinləri arasında ciddi təşviş yaradıb. Bundan sonra yerli hakimiyyət orqanları fövqəladə rejim elan edərək təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Təsərrüfatdan qaçan ilanların bir hissəsi zəhərsiz su ilanları olsa da, mütəxəssislər onların arasında kobra, krait və yaşıl çuxur gürzəsi kimi son dərəcə zəhərli növlərin də olduğunu bildiriblər.

Sakinlərə evlərini, həyətyanı sahələri, zirzəmiləri, pilləkən boşluqlarını və digər qapalı məkanları diqqətlə yoxlamaq tövsiyə olunub. Rəsmilər xəbərdarlıq ediblər ki, sel sularının çəkilməsindən sonra ilanlar quru və təhlükəsiz yerlər axtardığı üçün yaşayış məntəqələrinə, hətta evlərə sığınma ehtimalı yüksəkdir.

Əhaliyə ilanları öz gücləri ilə tutmağa cəhd göstərməmək, onlarla qarşılaşdıqları halda isə dərhal xilasedicilərə və aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar