Ru
18:16 / 25 İyun 2026

82 yaşlı "Firdevs hanım"ın son halı - FOTO

82 yaşlı "Firdevs hanım"ın son halı  - FOTO
Eye

Türkiyənin tanınmış aktrisası Nebahat Çehre Almaniyada obyektivlərə tuş gəlib.

Bakupost.az xəbər verir ki, küçədə görüntülənən 82 yaşlı sənətçinin son fotoları qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Paylaşılan görüntülərdə Nebahat Çehrenin gümrah görünüşü və illərə meydan oxuyan siması diqqət çəkib. Bir çox istifadəçi aktrisanın yaşına baxmayaraq baxımlı və enerjili qaldığını vurğulayıb.

Sosial media izləyicilərinin əksəriyyəti sənətçinin görünüşünü yüksək qiymətləndirərək onun illər keçsə də cazibəsini qoruduğunu qeyd edib. Bəzi istifadəçilər isə yayılan fotolarda rəqəmsal düzəlişlər edildiyini iddia edərək şəkillərin fotoşopdan keçirildiyini irəli sürüblər.(demokrat.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar