Yunanistanın Afina şəhərində 89 yaşlı kişi iki ayrı nöqtəyə silahlı hücum edərək ümumilikdə 5 nəfəri yaralayıb.
Bakupost.az xəbər verir ki, hücumçu əvvəl sosial sığorta binasında işçiyə atəş açıb, daha sonra isə məhkəmə binasına gedərək burada da silahdan istifadə edib.
Hadisə nəticəsində yaralananların vəziyyətinin ağır olmadığı bildirilir. Şübhəlinin silahı hadisə yerində qoyaraq qaçdığı və əvvəllər psixi vəziyyəti ilə bağlı müalicə aldığı qeyd olunur.
Röya Rizvanzadə, BakuPost