Ru
17:05 / 08 Oktyabr 2026

9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı

9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı
Eye

Alyaskada 1998-ci ildə tapılan nəhəng qızıl külçə illər sonra yenidən gündəmə gəlib. Ştat tarixində tapılan ən böyük qızıl külçəsi hesab edilən nümunə hərracda 750 min dollara satılıb.

"Bakupost" Metbuat.az-a istinadən xəbər verir ki, “Alaska Centennial Nugget” adlandırılan külçə Alyaskanın Ruby şəhəri yaxınlığındakı Svift Creek ərazisində aparılan qazıntı zamanı üzə çıxarılıb.

Külçəni mədənçi Barri Kley buldozerlə qazıntı apararkən aşkarlayıb. Qiymətli tapıntı 20 ildən artıq müddətdə ictimaiyyətdən uzaqda saxlanılıb. Daha sonra isə hərraca çıxarılıb.

Qızıl külçənin çəkisi 9,14 kiloqramdır. Onun uzunluğu 17, eni 14,5, hündürlüyü isə 11 santimetrdir. Külçənin çəkisi 294,1 troy unsiyasına bərabərdir.

“Alaska Centennial Nugget” Klondike qızıl axtarışının 100-cü ildönümündə tapıldığı üçün bu adla tanınıb.

Mütəxəssislərin sözlərinə görə, dünyada çəkisi 250 troy unsiyasından, yəni təxminən 7,8 kiloqramdan çox olan qızıl külçələrin sayı 50-dən azdır. Bu baxımdan Alyaskada tapılan nümunə olduqca nadir hesab olunur.

Külçənin hərracda 700 min-1 milyon dollar arasında qiymətə satılacağı gözlənilirdi. Nəticədə ona 750 min dollar təklif olunub.

Beləliklə, nəhəng qızıl külçə 750 min dollara satılıb və hərracın ən yüksək qiymətə satılan əşyası olub.

Araşdırma zamanı külçənin səthindəki qızılın saflığı 87,59 faiz müəyyən edilib. Bu göstərici təxminən 21 ayara uyğun gəlir.

Mütəxəssislər bildiriblər ki, belə böyük və təbii formasını qoruyan qızıl külçələri yalnız tərkibindəki qızılın dəyərinə görə qiymətləndirilmir. Onların nadirliyi və kolleksiya əhəmiyyəti də satış qiymətini ciddi şəkildə artırır.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar