Ru
19:14 / 10 Avqust 2026

9 marşrutun hərəkət istiqaməti dəyişdirildi

9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Eye

Bakının Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.


Bu barədə "Bakupost"a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.

Eyni zamanda 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların "İçərişəhər" metrostansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə təşkil olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar