Ru
17:46 / 12 Oktyabr 2026

90 gündən çox kredit gecikməsi: Mərkəzi Bankın yeni qərarı nəyi dəyişir?

90 gündən çox kredit gecikməsi: Mərkəzi Bankın yeni qərarı nəyi dəyişir?
Eye

Gündəlik kreditlər üzrə 90 gündən çox gecikmə maliyyə çətinliyinin müəyyənləşdirilməsində 20 faizlik meyarla qiymətləndirilməyəcək.

“Bakupost” xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərara əsasən "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda edilən dəyişikliklər oktyabrın 10-dan qüvvəyə minib.

Mövcud qanunvericiliyə əsasən, borcalanın maliyyə çətinliyinin müəyyən edilməsi zamanı əsas meyarlardan biri onun kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsidir. Kredit bürolarının məlumatları əsasında borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin 90 gündən çox gecikdirilməsi maliyyə çətinliyinin göstəricilərindən biri hesab olunur.

Amma yeni qərara əsasən, bu meyar gündəlik kreditlərə şamil edilməyəcək. Yəni gündəlik kreditlər üzrə öhdəliklərin 90 gündən çox gecikdirilməsi borcalanın ümumi öhdəliklərinin ən azı 20 faizinin gecikdirilməsi ilə bağlı qeyd olunan konkret meyar əsasında qiymətləndirilməyəcək.

Bank-maliyyə eksperti Əkrəm Həsənov “Bakupost”a bildirib ki, burada söhbət kreditlərin gecikməsi göstəricisinə görə, bank olmayan kredit təşkilatlarında sözügedən qaydanın tətbiqindən gedir:

“Gecikmə müddəti və təminatdan asılı olaraq, qənaətbəxş, nəzarət altında olan və qeyri-qənaətbəxş, təhlükəli, ümidsiz kreditlər var.

Bu ehtiyat normasını müəyyən etmək üçün lazımdır. Yəni təsnifatda kreditin gecikməsi məsələsi pisləşirsə, onun ehtiyatı artır. Bank olmayan kredit təşkilatı ehtiyat saxlamalıdır”.

Ekspert qeyd edir ki, gündəlik kreditlər üzrə 90 gündən çox gecikmə artıq qeyri-qənaətbəxş kreditlərə aiddir:
“Belə olduqda bank olmayan kredit təşkilatları gecikən məbləğin 25 faizi miqdarında özündə ehtiyat saxlamalıdır.

Kredir iki dəfədən daha artıq restrukturizasiya olunursa, qeyri-qənaətbəxş aktiv kimi, mövcud kateqoriyadan bir pillə aşağı kateqoriyada rəsmiləşdiriləcək”.

Müsahibimizin sözlərinə görə, bunlar qısa müddətli kreditlərə deyil, uzun müddətli kreditlərə aiddir:

“Dəyişiklik bundan ibarətdir. Bu məsələlərin isə müştəriyə heç bir isti-soyuğu yoxdur. Belədə onun vəziyyəti nə yaxşılaşır, nə də pisləşir. Həmin məhdudiyyət sadəcə bank olmayan kredit təşkilatları üçündür”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar