Ru
16:42 / 18 Avqust 2026

90 yaşlı yazıçının günü necə keçir? – 450 manatı belə bölürmüş - VİDEO

90 yaşlı yazıçının günü necə keçir? –  450 manatı belə bölürmüş - VİDEO
Eye

Yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatın anadan olmasının 90 illik yubileyi qeyd olunur. Bu münasibətkə tanınmış qələm adamları yazıçını təbrik edir, onunla bağlı xatirələrini bölüşürlər.

“Bakupost” xəbər verir ki, “Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Əlisa Nicatı evində ziyarət edib.

Naşir yazıçının evinə əvvəllər də baş çəkdiyini xatırladaraq bildirib ki, həmin vaxt evdə qaz və istilik sistemi olmayıb, yazıçı ağır şəraitdə yaşayıb.

O, Əlisa Nicatı bu vəziyyətdə görən insanların ona yardım etdiyini və yazıçının evinin sonradan müəyyən qədər təmir olunduğunu qeyd edib.

“Xalq öz yazıçısının qayğısına belə qalmalıdır. Bir vaxtlar onun “Qızılbaşlar” kitabı bütün evlərdə var idi. O, öz əsərləri ilə çox məşhur idi. Bəzən yazıçıların imzaları öz simalarından daha məşhur olur. Əlisa Nicat da elələrindəndir”.

Daha sonra naşir Əlisa Nicatdan gələcək planları barədə soruşub.

Yazıçı cavabında kitablarının çap olunmasını istədiyini bildirib.

Şahbaz Xuduoğlu daha sonra yazıçıya 90 illik ömrü ərzində etmək istəyib, ancaq edə bilmədiyi şeyin nə olduğunu soruşub.

Əlisa Nicat isə deyib:

“Mənim üçün ən ali xoşbəxtlik kitablarımın çap olunması olub. Və buna da tamamilə çatmışam. Ona görə deyirəm, xoşbəxtlik mənim üçün budur”.

Qeyd edək ki, Əlisa Nicat Azərbaycan ədəbiyyatında fəlsəfi hekayə və pritça janrının inkişafına mühüm töhfələr verib, tarixi roman və fəlsəfi antologiya-ensiklopediyaların müəllifi kimi geniş tanınıb. O, “Gəncəli müdrik”, “Nağıllara dönən tarix”, “Ehram”, “Sarsılmaz Mir Cəfər”, “Mələklər və iblislər”, “Rza xan”, “Qızılbaşlar”, “Fenomen”, “Əsrin mənzərəsi”, “Sirli xəzinə”, “Müdriklik məbədi”, “Bülbül və gül”, “101 Dahi”, “Qızıl fəlsəfə”, “Tiranlar və kölələr”, “Vətənpərvər” və digər əsərlərin müəllifidir.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar