İngiltərənin Qlosterşir qraflığının Çeltnem şəhərində yaşayan 97 yaşlı Betti Bromeyc qeyri-adi rekorda imza atıb.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, 2025-ci ildə insult keçirməsinə baxmayaraq, Bromeyc təyyarənin qanadı üzərində uçan dünyanın ən yaşlı qadını kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Maraqlıdır ki, bu, Bromeycin ilk rekordu deyil. O, dörd il əvvəl də təyyarənin qanadı üzərində uçaraq həmin kateqoriyada rekord müəyyənləşdirmişdi. 97 yaşında isə yenidən səmaya qalxaraq öz nəticəsini yeniləyib. Beləliklə, yaşına və sağlamlıq probleminə baxmayaraq, Bromeyc bir daha qeyri-adi cəsarət nümayiş etdirərək öz rekordunu yeniləyib.
Röya Rizvanzadə,
BakuPost