Ru
23:28 / 12 Avqust 2026

Qəzada həlak olan AAYDA əməkdaşının - FOTOSU

Qəzada həlak olan AAYDA əməkdaşının -  FOTOSU
Eye

Bakı-Quba avtomobil yolunda, Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Shachman” markalı yük avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “Mitsubishi” markalı minik maşını toqquşub.

Qəza nəticəsində “Mitsubishi” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Masallı sakini Nəsib Zöhrab oğlu Tahirov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

O, iş başında olarkən iki yük maşınının arasında qalıb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.

Hadisədə həlak olan AAYDA əməkdaşı Nəsib Tahirovun fotosunu təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar