Bakı-Quba avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Bakupost"un “Qafqazinfo”ya istinadla məlumatına görə, “Shachman” markalı yük avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “Mitsubishi” markalı minik maşını toqquşub.
Qəza nəticəsində “Mitsubishi” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.