Ru
23:20 / 16 Mart 2026

AB İranın 16 rəsmisinə sanksiya tətbiq etdi - SƏBƏB

AB İranın 16 rəsmisinə sanksiya tətbiq etdi - SƏBƏB
Eye

Avropa Birliyi Təhlükəsizlik Şurası İranda küçə etirazlarının qəddarcasına yatırılması da daxil olmaqla, insan haqlarının ciddi şəkildə pozulmasında məsul hesab edilən 16 şəxsə və üç quruma qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Bakupost.az xəbər verir ki, sanksiyalar daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavininə, SEPAH-ın yerli şöbələrinin komandirlərinə, məhkəmə orqanlarının nümayəndələrinə, eləcə də rəqəmsal nəzarət şirkətlərinə və rəhbərlərə şamil olunur.

Sanksiyalara aktivlərin dondurulması, maliyyə aktivlərinin və iqtisadi resursların təmin edilməsinə qadağa, eləcə də Aİ-yə giriş və tranzit məhdudiyyətləri daxildir.

İranda ümumilikdə 263 fiziki şəxs və 53 hüquqi şəxs sanksiyalara məruz qalır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar