Ru
21:54 / 07 Sentyabr 2026

Abid Şərifovun qardaşı oğlu təqaüdə göndərildi - FOTO

Abid Şərifovun qardaşı oğlu təqaüdə göndərildi  - FOTO
Eye

“Şəki Dövlət Regional Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.


"Bakupost" Qaynarinfo-ya istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Şərifov Sərdar Ənvər oğlu vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Bu ilin aprel ayında Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini təyin olunan Günel Mustafayeva direktor əvəzi təyin edilib.

Qeyd edək ki, 2020-ci ildə Şəki Pedaqoji Kolleci, Şəki Musiqi Kolleci və Şəki Dövlət Texniki Kollecinin birləşdirilməsi nəticəsində Şəki Dövlət Regional Kolleci yaradılıb. Həmin ildən kollecin direktoru vəzifəsində çalışan Sərdar Şərifov Baş nazirin sabiq müavini Abid Şərifovun qardaşı oğludur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar