Ru
16:49 / 27 İyul 2025

ABŞ açıqladı: Qəzzada müharibə bu halda bitə bilər...

ABŞ açıqladı: Qəzzada müharibə bu halda bitə bilər...
Eye

"HƏMAS ilə razılaşmaya dair danışıqlar istənilən gün tamamlana bilər".

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibəsində bildirib.

"Qəzzada girov qalan insanların taleyindən narahatıq. HƏMAS üçün çox sadə bir həll yolu var: bütün girovları azad edin, silahları yerə qoyun və müharibə bitsin", - deyə o vurğulayıb.

Rubio əlavə edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff həftələrdir gecə-gündüz bu məsələ üzərində işləyir:

"O, əhəmiyyətli irəliləyişə nail olub və biz bu prosesi başa çatdırmağa çox yaxınıq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar