Ru
18:13 / 09 İyul 2026

ABŞ bazaları Körfəz ölkələrindən çıxarılır? – Gözlənilməz addım

ABŞ bazaları Körfəz ölkələrindən çıxarılır? – Gözlənilməz addım
Eye

ABŞ-nin Körfəz ölkələrindəki hərbi bazaları İsrail ərazisinə köçürülür.

“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, İranın Körfəz ölkələrindəki Amerika bazalarına hücumlarından sonra Vaşinqton və Təl-Əviv administrasiyalarının bölgədəki ABŞ hərbi bazalarını İsrailin cənubundakı Nəcəf Çölünə köçürməyi planlaşdırıblar.
Məlumata görə, bu məsələ İsrail hökumətinin iclasında müzakirə edilib.

Lakin hələlik yekun qərar verilməyib və müzakirələr davam edir.

Qeyd edək ki, ABŞ-nin Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərdə hərbi bazaları var. Hansı ki, bunların hamısı İranın raket mənzilindədir.

Siyasi şərhçi, “Yeni nəsil” Jurnalistlər İttifaqının sədri Arif Əliyev "Bakupost"a bildirib ki, ABŞ-nin belə bir addıma gedəcəyinə şübhə ilə yanaşır:

“Yaxın Şərqdə cərəyan edən proseslər fonunda ABŞ-nin imicinə onsuz da zərbə vurulub. Bu fonda ABŞ qoşunlarının Körfəz ölkələrindən çıxarılıb, İsraildə yerləşdirilməsi də Vaşinqtona vurulacaq növbəti imic zərbəsi olacaq. Hətta bu addım həmin prosesi daha da dərinləşdirə bilər”.

Ekspert qeyd edir ki, ABŞ-nin öz qoşunlarını İsrailə köçürməsi üçün Vaşinqtonu buna məcbur edəcək böyük hadisələr baş verməlidir:

“İndikii şərtlər daxilində bu o qədər də real görünmür. Şərtlər isə bəzən sürətlə dəyişir. İsrail onsuz da ABŞ-nin bazası kimi bir şeydir. Həmçinin, coğrafi və hərbi cəhətdən həmin bazalar Körfəz ölkələrində elə-belə yerləşdirilməyib. Ən optimal varinatlar seçilərək yerləşdirilib”.

Müsahibimizin sözlərinə görə, ərəb ölkələri arasında da bu məsələyə ikili münasibət mövcuddur:

“Bir fikrə görə, ABŞ hərbi bazasının İsrailə köçürülməsi ərəb ölkələrinin daha təhlükəsiz olmalarına şərait yaradır. Amma digər yanaşma tərzinə görə isə bu addım gələcək mümkün konfliklər zamanı onların mövqelərini zəiflədə bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar