Ru
20:18 / 17 İyul 2026

ABŞ Çin idxalına tətbiq olunan rüsumları dəyişməyəcək

ABŞ Çin idxalına tətbiq olunan rüsumları dəyişməyəcək
Eye

ABŞ administrasiyası Pekinin Amerika seçkilərinə müdaxilə etdiyi iddialarına baxmayaraq, Çin məhsullarına tətbiq olunan idxal rüsumlarında dəyişiklik etməyi planlaşdırmır.


"Bakupost" xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin ticarət və istehsal məsələləri üzrə müşaviri Piter Navarro bildirib.

O, ABŞ-nin Çinlə bağlı tarif siyasətinə yenidən baxıb-baxmayacağı ilə bağlı suala cavab olaraq bunun nəzərdə tutulmadığını deyib.

Navarronun sözlərinə görə, tarif siyasəti ilə seçkilərə mümkün müdaxilə iddiaları fərqli məsələlərdir.

"Bu, Çinlə bağlı məsələ deyil. Söhbət ABŞ-də siyasi səviyyədə seçki sistemimizin təhlükəsizliyinin təmin edilməməsindən gedir", - deyə müşavir vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar