Ru
22:45 / 15 Oktyabr 2026

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü
Eye

Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores siyasi rəqiblərinə işgəncə vermək məqsədilə sui-qəsddə iştirak ittihamları üzrə təqsirlərini qəbul etməyiblər.


"Bakupost" xəbər verir ki, onlar bununla bağlı bəyanatı Nyu-Yorkun Manhetten rayonundakı federal məhkəmədə veriblər.

ABŞ prokurorluğunun iddiasına görə, Maduro ona qarşı sui-qəsddə şübhəli bilinən müxalif siyasətçilərin və hərbçilərin işgəncələrə məruz qalması barədə göstərişlər verib. İttiham aktında, xüsusilə 2014-cü ildə hakimiyyətə qarşı çıxmaqda şübhəli bilinən hərbçilərin məlumat əldə etmək məqsədilə saxlanılması barədə əmr verdiyi iddia olunur.


Bundan əvvəl Maduro və həyat yoldaşı narkotik ticarətinə yardım etmək üçün vəzifə səlahiyyətlərindən istifadə ilə bağlı ittihamlar üzrə də təqsirlərini qəbul etməyiblər.

Məhkəmə prosesinin 2027-ci il iyunun 1-də başlanması planlaşdırılır. Bütün ittihamlar üzrə təqsirli bilinəcəkləri təqdirdə, onların hər birini ən azı 50 il həbs cəzası gözləyir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar