ABŞ-də yerli idarəetmə orqanlarının iclaslarından birində baş verən gözlənilməz hadisə böyük qalmaqala və kəskin etirazlara səbəb olub.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi iclasın açılış mərhələsində kürsüyə dəvət edilən satanist qrupun nümayəndəsi açıq şəkildə şeytana dua edib.
Tədbir iştirakçılarının və zalda əyləşənlərin təəccübünə səbəb olan çıxış zamanı satanist nümayəndə öz əqidəsinə uyğun ritualları icra edərək satanizm prinsiplərini təbliğ edən fikirlər səsləndirib.
Satanist çıxışın ardından məclisdə iştirak edən xristian din xadimi (keşiş) duruma dərhal müdaxilə edib. Keşiş kürsünün və zalın "lənətləndiyini" bildirərək lənəti pozmaq və məkanı təmizləmək məqsədilə dualar oxumağa başlayıb. O, kürsünün ətrafına müqəddəs su çiləyərək baş verənlərə etirazını nümayiş etdirib.
Bilal,
BakuPost