ABŞ-nin Kentukki ştatının Breaşett məktəb dairəsi texnologiya nəhənglərindən təxminən 27 milyon dollar məbləğində kompensasiya əldə edib. Vəsaitlər "Meta", "TikTok" və "YouTube" platformaları tərəfindən ödənilib.
Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Dairə cəmi altı məktəbdən ibarətdir və təxminən 1 600 şagird təhsil alır. İddiada sosial şəbəkələrin alqoritmlərinin yeniyetmələr arasında psixi sağlamlıq problemlərini artırdığı iddia olunub. Şikayətçilərin fikrincə, platformalar istifadəçilərin diqqətini maksimum dərəcədə cəlb etmək üçün xüsusi şəkildə dizayn edilib və bu da yeniyetmələrdə narahatlıq, depressiya və özünə zərərvermə meyillərini artırır.
Razılaşmaya əsasən, "Meta" doqquz milyon dollar, "Snap" və "TikTok" hər biri səkkiz milyon dollar, "YouTube" isə iki milyon dollar ödəyib. Heç bir şirkət günahını qəbul etməyib.
"Reuters"in məlumatına görə, oxşar iddialar digər ştatlarda da davam edir.