Ru
13:44 / 05 Sentyabr 2026

ABŞ Dünya çempionatından bu qədər qazandı

ABŞ Dünya çempionatından bu qədər qazandı
Eye

ABŞ Prezidenti Donald Tramp futbol üzrə 2026-cı il dünya çempionatının ölkə iqtisadiyyatına verdiyi böyük maliyyə töhfəsindən danışıb. Ağ Ev rəhbəri turnirin Birləşmiş Ştatlar iqtisadiyyatına 18 milyard dollardan çox birbaşa və dolayısı ilə gəlir qazandırdığını açıqlayıb.

“Bakupost" xəbər verir ki, Tramp bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib. Dövlət başçısının sözlərinə görə, mötəbər turnir təkcə turizm və xidmət sektorunun canlanmasına səbəb olmayıb, həm də ölkə daxilində 160 mindən çox yeni iş yerinin yaradılmasını təmin edib.

Ağ Evdə turizm və aviasiya sektorunun rəhbərləri ilə keçirilən görüş zamanı prezident vurğulayıb ki, turnir günlərində restorançılıq, otelçilik və nəqliyyat sahələrində misilsiz artım qeydə alınıb. Xüsusilə oyunların keçirildiyi günlərdə ictimai iaşə obyektlərində gəlirlər 80 faizə qədər artıb, aviadaşımalarda isə rekord göstəricilərə imza atılıb.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-dən iyulun 19-dək təşkil olunub. Turnir Dünya Çempionatları tarixində ilk dəfə olaraq 48 komandanın iştirakı ilə reallaşıb və qarşılaşmaların böyük əksəriyyətinə ABŞ stadionaları ev sahibliyi edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar