Ru
20:20 / 16 İyul 2026

ABŞ əcnəbi jurnalistlər və tələbələr üçün viza rejimini sərtləşdirdi

ABŞ əcnəbi jurnalistlər və tələbələr üçün viza rejimini sərtləşdirdi
Eye

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi əcnəbi jurnalistlər, tələbələr və mübadilə proqramları ilə ölkəyə gələn şəxslər üçün viza qaydalarında dəyişiklik edib.

"Bakupost" TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun Federal Reyestrdə (Amerika hökumətinin rəsmi sənədlər toplusu) yerləşdirilən bildirişində deyilir.

Yeni qaydalara əsasən, həmin şəxslərin ABŞ-də qalma müddəti konkret vaxt çərçivəsi ilə məhdudlaşdırılır.

Əcnəbi jurnalistlər, tələbələr və mübadilə proqramı iştirakçıları müvafiq olaraq "I", "F" və "J" kateqoriyalı vizalar alırlar. Əvvəlki qaydalara görə, bu vizalar şəxsin ölkədə olma məqsədi (məsələn, təhsilin davam etməsi və ya xarici mediada işləməsi) qüvvədə qaldığı müddətcə etibarlı hesab olunurdu və əksər hallarda vizanın sabit bir bitmə müddəti yox idi.

Yeni qaydalar nələri dəyişir?

- Jurnalistlər: Əcnəbi jurnalistlər ABŞ-yə işləmək üçün maksimum 240 gün müddətinə daxil ola biləcəklər. Ehtiyac yarandıqda, bu müddətin uzadılması mümkündür. Çin vətəndaşları üçün isə bu müddətin 90 günlə məhdudlaşdırılması təklif edilir.

- Tələbələr və mübadilə proqramı iştirakçıları: Bu şəxslər ölkədə təhsil və ya proqram müddətində qala biləcəklər, lakin bu müddət 4 ildən çox ola bilməz.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar