Ru
20:56 / 19 Sentyabr 2026

ABŞ Ermənistan ordusunun yenidən qurulmasına dəstək verəcək

ABŞ Ermənistan ordusunun yenidən qurulmasına dəstək verəcək
Eye

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində sentyabrın 18-də Ermənistan və ABŞ arasında ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib.


“Bakupost” “Armenpress”ə istinadla xəbər verir ki, danışıqların sonunda tərəflər görülən işlər və əldə olunmuş razılaşmalar barədə yekun protokol imzalayıblar.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, məsləhətləşmələrdə yerli MN nümayəndələri ilə yanaşı, ABŞ-nin Kanzas Milli Qvardiyasının komandanı, briqada generalı Pol Şneyder və ABŞ Müdafiə Departamentinin müxtəlif strukturlarının rəsmiləri iştirak ediblər.

Görüş zamanı son illərdə iki ölkə arasında müdafiə sahəsində həyata keçirilən birgə layihələrə yekun vurulub, həmçinin qarşılıqlı əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi potensialı nəzərdən keçirilib. Məsləhətləşmələrin yekunlarını qiymətləndirən general-mayor Artur Yeroyan vurğulayıb ki, sözügedən bütün istiqamətlər üzrə əməkdaşlıq Ermənistan Silahlı Qüvvələrinin yenidən qurulması və transformasiyası prosesi çərçivəsində aparılır.

ABŞ müdafiə katibinin köməkçisinin müavini Endryu Lumis isə Birləşmiş Ştatların Ermənistandakı hərbi islahatlara dəstəyi davam etdirəcəyini bəyan edib:

“Birləşmiş Ştatlar Ermənistanda həyata keçirilən müdafiə islahatlarına, o cümlədən ordunun transformasiyası prosesinə öz məsləhət, təcrübə mübadiləsi və digər dəstək proqramlarının bütün imkanları ilə kömək etməyə davam edəcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar