Ru
20:33 / 02 İyun 2026

ABŞ Ermənistanı buna məcbur etmir - Rubio açıqladı

ABŞ Ermənistanı buna məcbur etmir - Rubio açıqladı
Eye

Vaşinqton administrasiyası Ermənistanı digər ölkələrlə dostluq münasibətlərini kəsməyə məcbur etmir.


Bakupost.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.

“Qeyd etmək istərdim ki, açıq mənbə məlumatlarında da təsdiqləndiyi kimi, Rusiya oradakı fəaliyyətimizdən qətiyyən məmnun deyil. Aydınlaşdırmaq istərdim ki, biz Ermənistanın suverenliyini pozmuruq. Biz onlardan digər ölkələrlə dostluqlarından imtina etmələrini istəmirik. Biz sadəcə olaraq münasibətlərimizin yalnız sülh üzərində qurulmamasını istəyirik. Sülh vacibdir, amma bu, yalnız başlanğıcdır və iqtisadi imkanlar açır”, - deyə ABŞ dövlət katibi bildirib.

Rubio Ermənistan və ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin imzalanmasından da danışıb: "Bu, Amerika özəl sektoruna investisiyaları stimullaşdıracaq. Biz Amerika şirkətləri üçün inhisar axtarmırıq, amma istəyirik ki, onlar öz paylarını alsınlar".

8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında birgə bəyannamə imzalanıb. Bəyannamədə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" da (Zəngəzur dəhlizi - red) öz əksini tapıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar