Ru
20:30 / 15 İyul 2026

ABŞ Hənqam adasına zərbə endirdi

ABŞ Hənqam adasına zərbə endirdi
Eye

ABŞ İranın cənubunda yerləşən Hənqam adasına zərbə endirib.

“Bakupost” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin mərmiləri Hörmüz boğazı yaxınlığında yerləşən adadakı obyekti hədəf alıb.

Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntılarla bağlı hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında Hörmüz boğazı ətrafında gərginlik davam edir. Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya baxmayaraq, tərəflər qarşılıqlı hücumları davam etdirirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar