Ru
15:48 / 13 Aprel 2026

ABŞ Hörmüz boğazını sualtı dronlarla təmizləyəcək

ABŞ Hörmüz boğazını sualtı dronlarla təmizləyəcək
Eye

ABŞ Prezidenti Donald Tramp yaxın dövrdə İranın Hörmüz boğazında yerləşdirdiyi minaların zərərsizləşdirilməsinə başlanacağını bildirib. O qeyd edib ki, boğazda minaların olması ərazidən təhlükəsiz istifadəni mümkünsüz edib. Tramp İranın bu hərəkətini şantaj adlandıraraq, ABŞ-nin bu şantaja boyun əyməyəcəyini də sözləyib.
O da məlum olub ki, Vaşinqton Hörmüzdəki minaları sualtı dronlarla zərərsizləşdirməyi düşünür.


Hərbi ekspert İbrahim Rüstəmli Bakupost.az- a bildirib ki, sualtı dronlarla boğazdakı minaların zərərsizləşdirilməsi mümkün olsa da, bu elə də asan məsələ deyil:

“Hazırda elm o qədər güclü inkişaf edib ki, hər cür alternativ variantları müəyyənləşdirib istehsal etmək mümkündür. ABŞ-nin Hörmüz boğazını sualtı dronlarda istifadə etməklə minalardan zərərsizləşdirməsi mükündür”.

Ekspert qeyd edir ki, sualtı dronlar enerji prinsipilə hərəkət edir və lazım olan hədəfləri asanlıqla taparaq, zərərsizləşdirir:

“Amma mina məsələsi ağrılı və problemli bir məsələdir. Birinci Dünya Müharibəsinin bitməsindən 108 il keçməsinə baxmayaraq hələ də o dövrdə basdırılmış minalardan əziyyət çəkən dövlətlər var. Bu baxımdan ABŞ-nin minaları tam təmizləyə bilməsi çətin məslədir. Üstəlik bu uzun vaxt alacaq. Hətta tərəflər arasında bununla bağlı anlaşma olsa da, ərazinin tam təmizlənməsi üçün çox vaxt lazım olacaq”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar